Sentyabrın 30-da Kremlin Georgievski zalında Rusiya prezidenti Vladimir Putin dörd yeni ərazinin Rusiya Federasiyasının tərkibinə daxil olmasına dair sazişlər imzalayacaq.

"Unikal" xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, "prezidentin çıxışı" gözlənilir.

Rusiya prezidenti  Xerson və Zaporojye vilayətlərinin, DXR və LXR rəhbərləri ilə görüşəcək. Dövlət Dumasının deputatlarına yeni bölgələrin dövlət tərkibinə qəbulu mərasiminə dəvətlər göndərilib.

Mərasimlə əlaqədar Moskvanın mərkəzində bir neçə küçə və prospektlər bağlanacaq.

Gültəkin