Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığında Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr müzakirə edilib.

Bu barədə "Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir.

Noyabrda başa çatacaq mexanizmin uzadılmasının ortaq maraq olduğunu bildirən Türkiyə Prezidenti Rusiya gübrəsinin və taxıl məhsullarının fasiləsiz ixracı üzərində işlərin davam etdirildiyini bildirib.

Ərdoğan daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasının lazım olduğunu, Rusiyadan bu prosesi asanlaşdıracaq addımlar atmasının gözlənildiyini bildirib.

Rusiya Prezidentindən danışıqlara şans verilməsini istəyən Ərdoğan bu prosesdə yardımçı rol oynamağa hazır olduqlarını qeyd edib.

xxx

21:05

Hazırda Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı hazırlanır.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

Rəsmi digər təfərrüatları açıqlamayıb.

Gültəkin