Rusiya gecə saatlarında Ukraynanın Dnepr şəhərinə “İsgəndər” raketləri ilə zərbələr endirib.
"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Dnepr şəhərinin hərbi müdafiə administrasiyasının başçısı Valentin Rezniçenko "Telegram" kanalında məlumat yayıb.
Hadisə nəticəsində bir mülki şəxs ölüb, 5 nəfər isə yaralanıb. Bununla yanaşı, zərbələr zamanı 52 sərnişin avtobusu yanıb.
Məlumata görə, raket zərbələri nəticəsində daha 98 sərnişin avtobusuna, bir neçə çoxmərtəbəli yaşayış binasına, eləcə də gimnaziya, mağaza və inzibati binalara zərər dəyib.
Gülayə Mecid