Rusiya və Ukrayna diplomatiya yolunu seçməli və münaqişənin həlli üçün saziş imzalamalıdır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
Tramp hər iki tərəfin sülh müqaviləsinə ehtiyacı olduğunu, bu həllin ən yaxşı ssenari olacağını vurğulayıb.
ABŞ-ın keçmiş prezidenti həmçinin danışıqlar qrupuna rəhbərlik edə biləcəyini bildirib. Rusiya və Ukrayna hələ ki, Trampın təklifinə cavab verməyib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti ilə telefon danışığı zamanı bildirib ki, Türkiyə Rusiya Federasiyası ilə Ukrayna arasında sülh danışıqlarında vasitəçi olmağa hazırdır.
Gülayə Mecid