Rusiya hakimiyyəti Moskvanın Qızıl Meydanında Ukraynanın işğal olunmuş ərazilərinin ilhaqına dəstək məqsədilə səhnə qurub.
"Unikal" xəvər verir ki, Rusiya KİV-lərinin verdiyi məlumata görə, sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğal olunmuş ərazilərinin ilhaqını elan edəcək.
Artıq Qızıl Meydanda Ukraynanın işğal olunmuş rayonlarının ilhaqına dəstək aksiyası üçün yer hazırlanıb.
Rusiya KİV-ləri bildirir ki, “mitinq-konsert” sentyabrın 30-a planlaşdırılıb, lakin hələlik rəsmi açıqlama verilməyib. Bundan əvvəl Moskva meriyası bu gün Qırmızı Meydan ərazisində nəqliyyatın bağlanacağını açıqlamışdı.
Gülayə Mecid