Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyanın Çexiyanın paytaxtı Praqada baş tutacaq görüşündə müzakirə olunacaq məsələlər açıqlanıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Ankara-İrəvan münasibətlərinin normallaşdırılması, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, Türkiyə və Ermənistanda keçirilməsi müzakirə ediləcək.