Rusiya Daxili İşlər Nazirliyinin Krasnoyarsk diyarı üzrə Baş İdarəsinin rəis müavini Mixail Privalixini rüşvət almaqda ittiham edilərək həbs olunub.
"Unikal" xəbər verir ki, bu barədə Moskvanın Basmannı məhkəməsi qərar qəbul edib.
Privalixin Krasnoyarskda 1,5 milyon rubl rüşvət alarkən cinayət başında yaxalanıb. İstintaq tədbirlərində FSB əməkdaşları iştirak ediblər. Polis dindirilib, bundan başqa, mənbənin sözlərinə görə, onun həyat yoldaşı da dindirilməyə aparılıb.
Ağarza Elçinoğlu