Paris Saint-Germain və Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının onun üçün sonuncu olacağını deyib. "Unikal" xəbər verir ki, bu barədə məşhur futbolçu mediaya açıqlamasında deyib. .

“Bu dünya çempionatı mənim sonuncu olacaq, bu, əmindir. Qərar verildi”, - Messi bildirib.

Daha əvvəl "Barselona"nın iqtisadi məsələlər üzrə vitse-prezidenti Eduard Romeu demişdi ki, Kataloniya klubu Messini PSJ-dən qaytarmaq üçün əlindən gələni edəcək.

Messi "Barselona"nın məzunudur. O, 2004-cü ildə böyük komandada debüt edib. Kataloniya klubu ilə birlikdə 35 titul qazanıb. Forvard altı dəfə “Qızıl top”u qazanıb.

Argentinalı futbolçu ötən ilin avqustunda PSJ-yə keçib. Bu mövsüm Messi komandanın Fransa çempionatında keçirdiyi 9 matçın hamısında iştirak edib , 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, Messinin bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.

Gültəkin Ələsgər