Avropanın yeni təhlükəsizlik strukturu Rusiyanın iştirakı olmadan yaradılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel Avropa Siyasi Birliyinin Praqada keçirilən ilk iclasından əvvəl bildirib.
“Rusiya Ukraynanı işğal etdikdən sonra Avropa tariximizin yeni mərhələsinə qədəm qoydu. Bu gün 44 Avropa lideri Avropada yeni təhlükəsizlik strukturu qurmaq və bir yol tapmaq üçün bir-birini dinləyəcək. Bu, Rusiyasız həyata keçiriləcək. Ona görə yox ki, biz Rusiyanın Avropanın bir hissəsi olmasını istəmirik, ona görə ki, Rusiya Putin tərəfindən Avropa Birliyindən qovulub”, - Borel bildirib.
Borelin fikrincə, Avropa siyasi birliyini bir-birindən çox fərqli olan 44 dövlət təşkil edəcək. Onların bəziləri Avropa Birliyinin üzvüdür, bəziləri yoxdur, bəziləri hələ yoxdur, lakin gələcəkdə olacaq.
“Biz birlikdə avropalılar üçün yeni əlaqələr müəyyənləşdirməliyik. Avropa Rusiyanın Ukraynaya qarşı müharibəsinin yaratdığı böhranı həll etməlidir. Avropa yeni təhlükəsizlik nizamı qurmalı, enerji və ərzaq böhranına cavab verməlidir. Bu forum, bu Avropa siyasi birliyi həm Aİ daxilində, həm də xaricində bütün avropalılar üçün bu problemləri həll etmək üçün ən yaxşı yoldur”, - Borrell əlavə edib.
Gültəkin Ələsgər