İranın birinci vitse-prezidenti cümə axşamı günü Xəzəryanı ölkələr arasında birgə azad iqtisadi zonanın yaradılmasına çağırıb.
"Unikal" xəbər verir ki, Mohammad Mohber bu sözləri cümə axşamı Moskvada keçirilən II Xəzər İqtisadi Forumunda çıxışı zamanı deyib.
Möhbər Xəzəryanı dövlətlər arasında azad iqtisadi zonanın yaradılmasını təklif etməklə yanaşı, həmin qonşu dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi üçün başqa təkliflər də verib.
Birinci vitse-prezident vurğulayıb ki, İran İslam Respublikası prezident İbrahim Rəiisi dövründə 13-cü hökumətin xarici siyasətinə uyğun olaraq, qonşu ölkələrlə, xüsusilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə hərtərəfli əməkdaşlıq və qarşılıqlı əlaqələri genişləndirməyə çalışır.
“Xəzər dənizi regionunu Fars körfəzinin cənub isti suları, Oman dənizi və Hind okeanı ilə birləşdirən geosiyasi və geoiqtisadi mövqeyini nəzərə alaraq, İran Xəzər dənizinin iqtisadi ölkələri arasında iqtisadi və ticari əməkdaşlıqda impuls yaratmaqda qərarlıdır"- Mokhber bildirib.
O, “Xəzər dənizinin sahilyanı ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün çox münasib platforma yaratdığını” bildirərək, “İnkişaf, tərəqqi və rifah naminə bir-birinin iqtisadi imkanlarından istifadə və bəhrələnməyi” vurğulayıb".
O, Xəzəryanı dövlətlər arasında əlaqələrin inkişafı və əməkdaşlıq səviyyəsinin yüksəldilməsi, o cümlədən bank və maliyyə əlaqələrinin genişləndirilməsi üçün yeddi təklif irəli sürüb: Şimal-Cənub tranzit dəhlizinin gücləndirilməsi, gömrük rüsumlarının birləşdirilməsi; tranzitin asanlaşdırılması, eləcə də azad iqtisadi zonanın formalaşdırılması.
Gültəkin Ələsgər