Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada keçirilən Avropa Siyasi Birliyi Zirvə toplantısından sonra açıqlamalar verib.
"Unikal" xəbər verir ki, prezident Ərdoğan əhəmiyyətli bir zirvəni kritik bir zamanda tamamladıqlarını bildirib.
"İqtisadi prosesləri müzakirə etdik. Hər baxımdan məhsuldar görüşlərimiz oldu"-deyə qeyd edib.
"Biz bu gün Avropanın 44 ölkəsinin lideri kimi buraya toplaşmışıq. Hər baxımdan sıx məhsuldar görüşlər keçirdik. Plenar iclaslarla yanaşı, biz liderlərlə enerji və iqlim məsələlərini, eləcə də Avropaya təsir edən qlobal problemləri müzakirə etdik. Türkiyənin bu məsələlərə yanaşması və Avropa Birliyinə daxil olması ilə bağlı öz yanaşmalarımızı tərəfdaşlarımıza çatdırdıq.
Fransa prezidenti Makron və Bolqarıstanın baş naziri ilə görüşdük. Görüşlər zamanı biz Avropanın gələcəyini, təhlükəsizlik və qlobal problemləri müzakirə etdik. Ermənistanın baş naziri Paşinyanla da görüşümüz oldu. Hesab edirəm ki, Avropa Siyasi Birliyi vaxtında atılmış təşəbbüsdür. Lakin qeyd etmək lazımdır ki, biz bunu Aİ-nin genişlənmə siyasətinə alternativ kimi görmürük.
Ermənistanla münasibətlərə gəlində, Türkiyə prezidenti qeyd edib ki, "inanıram ki, tam normallaşma məqsədimizə çatacağıq".
Gültəkin Ələsgər