"Kiprdə həll yolunun yeganə açarı Kipr türk statusunun qəbul edilməsidir".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pragada mətbuat konfransı zamanı bildirib.
"Mitsotakis mənim çıxışımdan narahat oldu. Yemək etiketinə zidd olaraq çıxıb nitq söylədi. Bildirib ki, ona qarşı sərt ifadələr işlədirik. Onlar olması lazım olan yerdə deyillər. Onların siyasəti hələ də yalan üzərində qurulub. Hələlik Yunanıstanla müzakirə edəcəyimiz heç nə yoxdur".-deyə Ərdoğan qeyd edib.
Gültəkin Ələsgər