"Türkiyə Rusiyadan digər ölkələrə gübrə tədarükünə başlamaq üçün səy göstərəcək".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada mətbuat konfransı zamanı bildirib.
O, əlavə edib ki , taxıl dəhlizi sayəsində altı milyon tondan çox ərzaq Ukraynadan çıxarılıb.
Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, ölkə Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə birlikdə dəniz humanitar dəhlizi vasitəsilə Rusiyadan gübrə ixracı üzərində işləyir. Çavuşoğlunun sözlərinə görə, Rusiya gübrələri sanksiyalar siyahısında yoxdur, ona görə də Ankara sığorta, xidmət və ödənişlərlə bağlı şübhələri aradan qaldırmağa çalışır.
Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov da bildirmişdi ki, BMT-nin baş katibi Antonio Quterreş Rusiyadan gübrə və ərzaq ixracının qarşısının alınması üçün hələ çox iş görməlidir.
Gültəkin Ələsgər