"Yalnız Rusiyanın iştirakı ilə Avropada davamlı sülh əldə oluna bilər".

"Unikal" xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel bildirib. O, bu barədə Münhendə "Süddeutsche Zeitung" qəzetinin 77 illiyinə həsr olunmuş mərasimdə bildirib.

Nə qədər ki, Avropa bunu edə bilməyib, o, "soyuq müharibə hələ bitməyib" deyə keçmiş kansler qeyd edib. 

Almaniya hökumətinin keçmiş başçısının sözlərinə görə,  Ukrayna hadisələri “dərin dönüş nöqtəsi” olub. O, həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin bəyanatları "blef kimi təsnif etməkdənsə" çox ciddi qəbul edilməlidir.

Bundan əvvəl Angela Merkel Rusiyanın da iştirak etməli olduğu ümumavropa təhlükəsizlik arxitekturasının yaradılmasının zəruriliyini bəyan etmişdi. Onun sözlərinə görə, bütün dövlətlərə uyğun gələn təhlükəsizlik şərtlərinə nail olmaq lazımdır.

Gültəkin