Yaponiya Nazirlər Kabineti referendumlar və dörd yeni regionun Rusiyaya birləşdirilməsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar rejimini genişləndirmək barədə qərar qəbul edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin baş katibi Seydzi Kihara açıqlama yayıb.
“Kabinet iclasının nəticələrinə əsasən, yeni əlavə sanksiyaların tətbiqi, yəni bu dörd regionun nümayəndələrinin, eləcə də Rusiya rəsmilərinin aktivlərinin dondurulması barədə qərar qəbul edilib”, - Kihara bildirib.
Hazırda barələrində sanksiya tətbiq edilən şəxslərin siyahısı açıqlanmayıb.
Bundan əvvəl Avropa İttifaqı Rusiya əleyhinə yeni sanksiyalar paketini təqdim edib.
Gülayə Mecid