Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün 27 AB üzvü və 17 dəvətli ölkənin iştirakı ilə ilk dəfə keçirilən Avropa Siyasi Birliyi Liderlər Zirvə toplantısında iştirak edib. 

"Unikal" haberler.com-a istinadən xəbər verir ki, Ərdoğan liderlərlə və heyətlər arasında təkbətək görüşlər keçirib.

Zirvənin açılışından əvvəl maraqlı görüntülər ortaya çıxıb. Belə ki, Kipr Rum Administrasiyasının lideri Nikos Anastasiadis Ərdoğana yaxınlaşaraq görüşmək istəyib. Anastasiadisin prezident Ərdoğanla görüşmək üçün göstərdiyi səy obyektivlərə tuş gəlib. 

Gülayə Mecid