Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Rusiya Prezidenti Vladimir Putinin doğum günündə onunla heç bir danışıqlar aparılmayacağını açıqlayıb.
"Unikal" xəbər verir ki, ukraynalı nazir rus hərbçilərinə rus dilində müraciət edərək onları “Rusiyanı faciədən xilas etməyə” çağırıb.
"Hazırda Rusiyanın lideri olan şəxslə heç kim danışmayacaq. Bunu Ukrayna prezidenti açıq şəkildə bəyan edib. Gələcəkdə mümkün danışıqlarda Rusiyanı kim təmsil edəcək? Mən sizə vaxtında deyəcəyəm”, - nazir videomüraciətində bildirib.
Reznikov vurğulayıb ki, Rusiya komandanlığı öz qoşunlarını Ukraynaya “mütləq ölümə” göndərib.
Gülayə Mecid