Türkiyə 4 illik fasilədən sonra İsrailə səfir təyin edib.

"Unikal"  xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

"2010-2014-cü illərdə Qüdsdəki Baş Konsulluq, 2017-ci ilin yanvarından 2021-ci ilin may ayına qədər Yeni Dehlidəki səfirlik vəzifələrində çalışmış Şakir Özkan Torunların Türkiyənin Tel-Əvivdəki səfiri təyin edilməsi qərara alınıb”, - deyə məlumatda bildirilir. 

Bundan bir qədər əvvəl İsrail Türkiyəyə səfir təyin edib. 

Gülayə Mecid