"Ukraynada faciəli hadisələr baş verir, digər MDB ölkələri arasında da münaqişələr var, bu, onların həlli üçün tədbirlərin işlənib hazırlanmasını tələb edir"
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Bizim dairəmizdə, əlbəttə ki, Birlik məkanında təhlükəsizliyin təmin edilməsi problemləri ilə bağlı məsələlərə də toxunacağıq. Həqiqətən də, faciəvi hadisələrin baş verdiyi Ukrayna ilə yanaşı, bəzən postsovet məkanının digər yaxın dövlətləri arasında da münaqişələr yaranır və bu, təbii ki, onların həlli üçün tədbirlərin işlənib hazırlanmasını tələb edir”, - Putin MDB dövlət başçılarının sammiti zamanı qeyri-rəsmi görüşdə deyib.
Gültəkin Ələsgər