Nijni Novqorodda Yeni il və Milad bayramları üçün kütləvi şənliklər, konsertlər və atəşfəşanlıq ləğv ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə Nijni Novqorod meri Yuri Şalabaev öz Telegram kanalında yazıb. O, izah edib ki, tədbirlər üçün nəzərdə tutulan vəsait digər məsələlərlə yanaşı, səfərbər olan vətəndaşların ailələri üçün müavinətlərə yönəldiləcək.
“Sosial şəbəkələrdə sakinlərdən çoxlu müraciətlər olur, Yeni il bayramlarında hər hansı böyük kütləvi şənliklərin, atəşfəşanlıqların, konsertlərin nəzərdə tutulub-tutulmaması ilə bağlı suallar verilir.Cavab isə yox, planlaşdırılmır, əvvəlcə belə planlar var idi, indi isə yoxdur. Uşaqlar üçün yolkaların, məktəblərdə, uşaq bağçalarında bəzi bayram tədbirlərinin olacağını ləğv etmir, biz bunu saxlayacayıq.Amma biz Yeni il, Milad bayramları üçün belə kütləvi şənliklər, atəşfəşanlıq, konsertlər planlaşdırmırıq. " mer bildirib.
Şalabayev qeyd edib ki, indi "başqa vəzifələr var" və əvvəlcə Yeni il və Milad tədbirlərinə xərclənməsi nəzərdə tutulan vəsait səfərbərlik edənlərin ailələrinə müavinətlərin verilməsinə yönəldiləcək. O izah edib ki, söhbət məsələn, uşaq bağçası, məktəblərdə yemək, əlavə təhsil haqqının ödənilməsindən gedir.
Gültəkin Ələsgər