Bolqarıstanda koronavirusa yoluxanların sayının artması ilə əlaqədar müvəqqəti karantin məhdudiyyətləri tətbiq edilib.
"Unikal" xəbər verir ki, bu barədə Bolqarıstanın Səhiyyə Nazirliyi müvafiq qərar qəbul edib.
Məhdudiyyətlər oktyabrın 12-dən qüvvəyə minəcək.
Məlumata görə, tibb müəssisələrində maska taxmaq, fiziki məsafə saxlamaq, dezinfeksiya və otaqların tez-tez havalandırılması məcburi olacaq. Xəstəliyin əlamətləri olanlar işə və ya dərslərə getməyə bilər.
Qeyd edək ki, 6,5 milyon əhalisi olan Bolqarıstanda son bir gündə 721 nəfər COVID-10-a yoluxub.
Ağarza Elçinoğlu