BMT - nin İnsan Hüquqları Şurası Qərb ölkələrinin tələbi ilə Rusiya üzrə xüsusi məruzəçinin bir il müddətinə təyin edilməsini təsdiqləyib.
"Unikal" xəbər verir ki, Rusiya üzrə xüsusi məruzəçi ilk dəfə olaraq təyin edilib. Səsvermədə 6 ölkə əleyhinə, 17 ölkə isə lehinə, 24 ölkə isə bitərəf qalıb, Beləliklə, Qərb ölkələrinin təklifi qəbul edilib.
Xüsusi məruzəçi Rusiyada insan hüquqlarının pozulması ilə bağlı vəziyyəti izləməli, bu məlumatları toplamalı və qiymətləndirməli olacaq.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Rusiyanın BMT-nin İnsan Haqları Şurasında müşahidəçi statusunda qaldığını bildirib . Onun sözlərinə görə, bu status Moskvaya İHK üzvü olan ölkələrin səlahiyyətləri ilə müqayisə oluna bilən imkanlar verir .
Gültəkin Ələsgər