AP xəbər verir ki, Meksikada narkotik alverçilərinin dəstəsi mer və onun atası da daxil olmaqla 20 nəfəri güllələyib.
"Unikal" xəbər verir ki, internetdə yayımlanan videoda özlərini Tequileros bandası kimi təqdim edən kişilər kütləvi atışmaya görə məsuliyyəti öz üzərinə götürüblər.
Gerrero Ştat Təhlükəsizlik Şurası bildirib ki, silahlılar San Migel Totolapan şəhərində bələdiyyə binasına soxularaq mer ilə digər rəsmilər arasında keçirilən görüş iştirakçılarına atəş açıblar. Ölənlər arasında mer Konrado Mendoza və onun atası, şəhərin keçmiş meri Xuan Mendoza Akosta da var.
Gültəkin Ələsgər