Nyu-York meri Erik Adams cümə günü şəhərə gələn qeyri-qanuni miqrantların böyük axını ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
"Unikal" xəbər verir ki, Adamsın sözlərinə görə, şəhərdə evsizlər üçün sığınacaqlar sistemi hazırda 100% yüklənib, 60 mindən çox insan daim gecələmək üçün yer axtarır, onlardan 20 minə yaxını uşaqdır. Eyni zamanda Cənubi ştatlardan heç bir koordinasiya və xəbərdarlıq edilmədən hər gün 5-6 qeyri-qanuni miqrantların olduğu avtobuslar metropolisə gəlir.
"Biz böhran vəziyyətindəyik.Bu ilin aprelindən bəri əksəriyyəti Cənubi Amerikadan olan 17 mindən çox sığınacaq axtaran şəxs cənub sərhədlərimizdən avtobusla Nyu Yorka gətirilib.Bu gün mən Nyu-Yorkda fövqəladə vəziyyət elan edirəm və müvafiq qaydanı verirəm”, o, metropol sakinlərinə müraciəti zamanı bildirib və qeyd edib ki, bütün idarələrin daha yaxşı əlaqələndirilməsi, binaların tikintisi üçün belə bir tədbirə ehtiyac var. Şəhər meri əlavə edib ki, hakimiyyət miqrant axını problemini həll etmək üçün maliyyə ilinin sonuna qədər (2023-cü ilin iyun ayının sonuna qədər) təxminən 1 milyard dollar xərcləməyi planlaşdırır".
Gültəkin Ələsgər