Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) altıncı enerji blokunu enerji ilə təmin edən elektrik ötürücü xətti mərmi atılması nəticəsində zədələnib.
"Unikal" xəbər verir ki, bu barədə MAQATE stansiyanın əməkdaşları məlumat verib.
Qeyd olunur ki, işçilər onu alternativ enerji mənbəyinə qoşana qədər enerji bloku qəzalı dizel generatorunda saat yarım işləyib.
Açıqlamada atəşin hansı tərəfdən atıldığı barədə məlumat verilməyib.
Ağarza Elçinoğlu