"Eurovision 2023" mahnı müsabiqəsi Liverpulda keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə  BBC News məlumat yayıb. 

Qeyd edək ki, Ukraynanın əvəzinə təhlükəsizlik baxımından Böyük Britaniyanın “Eurovision 2023” mahnı müsabiqəsinə ev sahibliyi edəcəyi təsdiqlənib.

Britaniyanın 20 şəhəri “Eurovision”u qəbul etməyə razılıq verib, onlardan yalnız yeddisi seçilib. Beləliklə, Birminqem, Qlazqo, Lids, Liverpul, Mançester, Nyukasl və Şeffild müsabiqəyə ev sahibliyi edəcək şəhərlər arasından Liverpul seçilib. 

Gültəkin Ələsgər