ABŞ Ukraynada özlərinə və ya müttəfiqlərinə hücum edilməsə, bu ölkədə hərbi əməliyyatlara başlamayacaq.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.
O, brifinqdə Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya qarşı önləyici zərbələr fikrini şərh edərkən qeyd edib: "Birləşmiş Ştatlar və ya müttəfiqlərimiz hücuma məruz qalmayana qədər biz bu münaqişədə, o cümlədən Amerika qüvvələrini Ukraynada döyüşmək üçün göndərmək və ya Rusiya qoşunlarına hücum etmək kimi birbaşa iştirak etməyəcəyik".
Ağarza Elçinoğlu