Kanada hakimiyyəti İrana qarşı sanksiyalar çərçivəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 10 mindən çox üzvünün ölkəyə girişinə qdağa qoyub.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Baş naziri CastinTrüdo jurnalistlərə açıqlamasında bildirib.Həmçinin bu strukturla bağlı bütün əməliyyatlar qadağan olunub.
“Bu tədbir yalnız cinayət və ya soyqırım törədən rejimlərə qarşı ən ağır hallarda istifadə olunur. SEPAH-ın ali rəhbərliyinin 50%-nin, 10000-dən çox zabitinin və yüksək vəzifəli şəxslərinin Kanada ərazisinə girişi həmişəlik qadağan ediləcək. Bundan əlavə, Ottava SEPAH ilə bütün əməliyyatları qadağan edəcək”,- deyə Trüdo bildirib.