"Hazırda xüsusi hərbi əməliyyat zonasında 10 min çeçen döyüşçüsü iştirak edir, lazım gələrsə, daha 70 min nəfər də qoşula bilər".

"Unikal" xəbər verir ki, bunu Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Teleqram kanalında bildirib.

“Artıq on min çeçen döyüşçüsü bu "nəcib" işdə iştirak edir. Lazım gələrsə, daha yetmiş min nəfər onlara qoşulmağa hazırdır”, - deyə rəsmi yazıb.

Respublika rəhbəri 20 mindən çox elit çeçen döyüşçünün Rusiya prezidenti Vladimir Putini yubileyi münasibətilə təbrik etmək üçün parad meydanına necə düzüldüyünü göstərib.

Gültəkin