İrlandiyanın şimal-qərbindəki Doneqal qraflığında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı artıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, partlayışda azı 9 nəfər həlak olub. 

"Təxminən on nəfər yaralanıb, qurbanların son sayı dəyişə bilər", - ölkə polisi bildirib. 

Partlayışın səbəbi hələlik məlum deyil, dağıntılar altında axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

Onu da deyək ki, partlayışda təkcə yanacaqdoldurma məntəqəsi deyil, yaxınlıqdakı ikimərtəbəli iki yaşayış binası da uçub.

Ağarza Elçinoğlu 

xxx

09:02

İrlandiyanın Doneqal qraflığında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində azı 3 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə RTE telekanalı məlumat yayıb.

Bir neçə nəfərin dağıntılar altında qala biləcəyindən axtarış-xilasetmə işləri davam edir. Partlayışın səbəbi hələlik açıqlanmır.

Telekanalın məlumatına görə, hadisənin baş verdiyi ərazidə mağazalar, poçt şöbəsi və bərbərxana da var.