Ukrayna vurduğu Krım körpüsünün şərəfinə etiketində onun təsviri olan poçt markası buraxacaq. 

"Unikal" xəbər verir ki, bu barədə "Ukrpoçta"nın rəhbəri İqor Smilyanski "Telegram"da məlumat verib.

"Səhər heç vaxt bu qədər gözəl olmamışdı. Krım körpüsünün vurulması bayramı münasibəti ilə yeni marka buraxırıq", - o bildirib. 

Smilyanski qeyd edib ki, brend uzun müddətdir rəssam Yuri Şapovalla birgə hazırlanıb. O, tirajının yeddi milyon olacağına, dəqiq buraxılış tarixinin isə daha sonra açıqlanacağına aydınlıq gətirib.

Ağarza Elçinoğlu