Estoniya Ukraynanı müvəqqəti işğal altında olan Krım yarımadasının ərazisində Rusiya tərəfindən qanunsuz olaraq tikilmiş Krım körpüsünün partladılması münasibətilə Ukraynanı təbrik edir.
"Unikal" xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirib.
Onun sözlərinə görə, Ukrayna çoxdan bəyan edib ki, məqsədlərindən biri Krım körpüsünü dağıtmaqdır: "Körpü tam dağılmayıb, lakin avtomobil körpüsünün bir hissəsi dağılıb və dəmir yolu relsləri zədələnib. Müsbət hal odur ki, hərəkət dayanıb".
Reinsalu çıxışında körpünün partladılmasının oktyabrın 8-də planlaşdırılmasını təsadüfi hesab etməyib: "Çünki bir gün əvvəl işğalçı ölkənin prezidenti Vladimir Putinin 70 yaşı tamam . olubİnanıram ki, bu məqsəd çoxdandır".
"Estoniya, şübhəsiz ki, bunu alqışlayır və bu əməliyyatın arxasında duran Ukrayna xüsusi təyinatlılarını təbrik edir", - nazir əlavə edib.
Ağarza Elçinoğlu