Yeni Zelandiyanın Çatham adalarında 200-dən çox balina sahilə çıxdıqdan sonra ölüb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi Nazirliyi məlumat yayıb.
Hesabatda bildirilir ki, nazirlik Çatham adasının şimal-qərbində 250 delfinlə bağlı məlumat alıb. Sağ qalan delfinlər adadakı şəraitə görə evtanizasiya edilməli olub. Lakin onlardan 215-i ölüb.
Qeyd olunur ki, Çatem adalarında həm insanlara, həm də delfinlərə köpəkbalığı hücumu təhlükəsi artıb.
Ağarza Elçinoğlu