Daxili işlər orqanları əməkdaşları tərəfindən 2022-ci ilin 8 ayında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli 7344 fakt aşkarlanıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bu faktlar üzrə 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 160 nəfəri qadındır.
Tədbirlərlə 215 nəfərdən ibarət 81 cinayətkar qrup zərərsizləşdirilərək qeyri-leqal dövriyyədən 2 ton 856 kq narkotik vasitə və 291 kq psixotrop maddə çıxarılıb.