Krım körpüsündə dəmir yolu hərəkəti tam bərpa olunub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Marat Xusnullin məlumat verib.

Baş nazirin müavini qeyd edib ki, körpüdə nəzərdə tutulan bütün qatarların keçməsinə icazə veriləcək: "Dəmir yoluna gəlincə, deyə bilərəm ki, nəqliyyatın hərəkəti tam bərpa olunub. İstər sərnişin, istərsə də yük daşıyan bütün cədvəl üzrə qatarların hərəkətinə tam icazə verəcəyik. Bunun üçün texniki imkanlarımız var".

O, həmçinin sakinləri Krım körpüsü ilə səyahətlərin sayını azaltmağa çağırıb.

xxx

17:19

Krım körpüsündə avtomobillərin hərəkəti bərpa edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Krımın qubernatoru Sergey Aksyonov öz "Telegram" kanalında yazıb. 

"Hazırda tam texniki baxış proseduru olan avtomobillər və avtobuslar üçün hərəkət açıqdır", - deyə o qeyd edib.

O, həmçinin Kerç bərə keçidindən istifadə edərək marşrut planlaşdırmaq xahişi ilə yük maşınlarının sürücülərinə müraciət edib.

Ağarza Elçinoğlu