Almaniyanın şimal hissəsində dəmir yolu əlaqəsi texniki nasazlıq səbəbindən şətinləşib.
"Unikal" alman KİV-lərinə istinadən xəbər verir ki, Aşağı Saksoniya və Şlezviq-Holşteyn federal əyalətlərində Deutsche Bahn şəhərlərarası qatarların hərəkəti dayandırılıb.
Berlindən Amsterdam, Hamburq və Hannoverə səyahətlər də ləğv edilib.
Qatarların hərəkətinin dayandırılmasına səbəb kimi qatarın radio rabitəsinin pozulması göstərilir. Qeyd olunub ki, naməlum şəxslər relslərdəki kabelləri zədələyib.
Problemin bir neçə saat sonra aradan qaldırıldığı deyilir.
Ağarza Elçinoğlu