Suriya ABŞ hərbi kontingentinin dərhal ölkədən çıxarılmasını və terrorçu qruplara dəstəyi dayandırmasını tələb edib.
"Unikal" xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Amerika Birləşmiş Ştatlarının Suriya neftini talamaq və onu sərhəddən İraqın şimalına aparmaq kimi dəhşətli praktikası piratçılıq və köhnəlmiş müstəmləkə dövrlərinə qayıtmaq cəhdidir", - XİN-in bəyanatında qeyd olunub.
Nazirlik bu cür hərəkətlərin beynəlxalq hüququn və BMT nizamnaməsinin pozulması olduğunu vurğulayıb.
Ağarza Elçinoğlu