Rusiyanın Kişinyovdakı səfirliyi Moldovaya diplomatik nümayəndəliyin binası yaxınlığında keçirilən aksiya ilə bağlı etiraz notası göndərib.
"Unikal" xəbər verir ki, bu barədə departamentin mətbuat xidməti məlumat yayıb.
Departamentdən bildirilib ki, oktyabrın 7-də axşam saatlarında hakimiyyətin razılığı ilə səfirliyə qarşı düşmənçilik aksiyası keçirilib: fişənglər diplomatik nümayəndəliyin binasına ziyan vurub, səfirlik kompleksinə daxil olmağa cəhd edilib. Bundan başqa, diplomatik nümayəndəliyin hasarına təhqiramiz yazılar vurulub.
Səfirlik bu addımlara qarşı müvafiq prosedurda qiymət veriləcəyini və günahkarların cəzalandırılacağını gözləyir.
Ağarza Elçinoğlu