Şimali Koreya Yapon dənizinə ballistik raket atıb. 

"Unikal" xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. 

"Şimali Koreya Yaponiya dənizinə doğru naməlum ballistik raket atıb", - açıqlamasda deyilir.

Raket buraxılışı Tokioda da müşahidə olunub. Yaponiya Sahil Mühafizəsinin məlumatına görə, raket yerli vaxtla şənbədən bazara keçən gecə buraxılıb. Xidmətin nümayəndələri bölgədəki gəmiləri raket qalıqlarının aşkar ediləcəyi təqdirdə dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırıb.

Bildirilib ki, raket artıq yerə düşüb. Onun dəqiq qəza yeri məlum deyil.

Ağarza Elçinoğlu