Yarımadanı Rusiya ərazisi ilə birləşdirən Krım körpüsündə baş verən partlayışlardan sonra Ukrayna prezidenti Volodimir Zelenski yenidən rusları təslim olmağa çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə o, videomüraciətində bildirib.
"İşğalçılar belə bir fürsət olduğu halda qaçsalar, bu, onlar üçün ən yaxşı variant olacaq. Əgər onlar qalmaq məcburiyyətində olsalar, istənilən işğalçı Ukrayna əsarətinə təslim olmağın yolunu tapa bilər. Biz zəmanət veririk ki, könüllü olaraq silahı yerə qoyan bütün rus əsgərləri üçün Ukrayna hər zaman bütün beynəlxalq normalara, bütün konvensiyalara riayət edəcək. Biz işğalçıların onlara arxalanması üçün başqa variant buraxmayacağıq", - deyə Ukrayna lideri vurğulayıb.
Ağarza Elçinoğlu