Muğlanın Milas bölgəsində bir fermer traktoru ilə şumladığı tarlada 2400 il yaşı olduğu düşünülən məzar tapıb. 

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, məzar fermerin məlumatı nəticəsində Milas Muzeyi səlahiyyətliləri tərəfindən araşdırılıb. 

Qazıntı nəticəsində Ellinistik dövrə aid olduğu düşünülən və 2400 il əvvələ aid kameralı türbə tapılıb.

Məzarda qazıntılarının ciddi şəkildə aparıldığı qeyd olunub. 

Ağarza Elçinoğlu