Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İbrahim sülh sazişinin imzalanmasından sonra  İsraildən hava hücumundan müdafiə sistemləri alıb. 

"Unikal" xəbər verir ki, bu barədə The Wall Street Journal yazıb.

İsrailin hərbi podratçılar BƏƏ və Bəhreyni qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə təchiz etmək üçün müqavilələr imzalayıb.

Qəzetin yazdığına görə, İsrail Mərakeşdə dron fabrikləri tikmək üçün razılığa gəlib. Mərakeş həmçinin İsrailin onlarla pilotsuz təyyarəsi almağı planlaşdırır. Bundan əvvəl Pentaqon Amerikanın Dynetics şirkəti və bir sıra digər podratçılarla hipersəs silahlarının daha çox sınaqlarının keçirilməsi üçün müqavilə imzalamışdı.

Agentliyin sözçüsü, hipersəs silahlarının hazırlanmasına nəzarət edən Mayk Uaytın sözlərinə görə, agentliyin bu sahədəki məqsədlərinin həyata keçirilməsi uçuş sınaqlarının sayının artırılmasını tələb edir.

Pentaqon qeyd edir ki, söhbət yeni sınaq stendinin yaradılmasından gedir.

Gültəkin