ABŞ nüvə silahı ilə bağlı KXDR ilə danışıqlara hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O, ABC telekanalına müsahibəsində Vaşinqtonun münaqişənin diplomatik yolla həllinə nail olmaq niyyətində olduğunu bildirib.
Kirbi ABŞ-ın Şimali Koreya ilə ilkin şərt olmadan danışıqlara başlamaq istədiyini açıqlayıb: "Biz Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə nail olmaq istəyirik. Şimali Koreya tərəfi ilə əlaqə saxladıq, danışıqlara başlamaq istədiyimizi bildirdik, lakin bunun üçün ilkin şərt olmadan. Şimali Koreya lideri Kim Çen In bu təklifi qəbul etməyib. O, raket proqramını inkişaf etdirir və nüvə silahı sahəsindəki ambisiyalarından əl çəkməyib".
Rəsmi həmçinin qeyd edib ki, ABŞ Koreya yarımadası regionunda kəşfiyyat imkanlarını artırıb.
Ağarza Elçinoğlu