"Nüvə silahından istifadə Rusiya prezidenti Vladimir Putinə Ukraynadakı ordusunun problemlərini həll etməyə kömək etməyəcək".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-da yerləşən Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.
"Eskalasiya, istər adi, istərsə də nüvə, Putinin problemlərini həll edə bilməz”, - analitiklər vurğulayıblar.
Onlar hesab edirlər ki, bu cür hücumlar Rusiya qüvvələrinə Ukraynanı fəth etməyə və müharibə tərəfdarı olan rus millətçilərinin tələb etdiyi məqsədlərə nail olmağa imkan verməyəcək. Rusiya Federasiyasının Ukraynaya qarşı müharibədə itkiləri, Rusiyanın səfərbərlik yolu ilə kompensasiya etməyə çalışdığı canlı qüvvə və hərbi texnika çatışmazlığı fonunda nüvə zərbəsi təhlükəsi daha tez-tez səslənməyə başlayıb. Belə ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Rusiyaya qarşı nüvə şantajının həyata keçirildiyini” bəyan edib. O, hədələyib ki, ərazi bütövlüyünə təhlükə yaranarsa, Moskva “bütün mümkün vasitələrdən istifadə edir, bu blef deyil”.
Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, bunlar Putinin nüvə şantajının yalnız ilk addımlarıdır və həmçinin bunun blef olduğuna inanmır.
Ukrayna kəşfiyyatı Rusiyanın Ukraynaya qarşı taktiki nüvə silahından istifadə təhlükəsini “çox yüksək” kimi qiymətləndirir. Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəis müavini Vadim Skibitski də Putinin nüvə müharibəsi ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini qeyd edib.
Qərb ölkələri Rusiya Federasiyasının təhdidlərinə reaksiya göstərərək, nüvə silahından istifadə ediləcəyi təqdirdə ölkəni ağır nəticələrlə hədələyib. NATO-nun baş katibi Yens Stoltenberq qeyd edir ki, Rusiya prezidenti Vladimir Putinin nüvə təhdidləri Alyansın Ukraynanı öz ərazilərinin azad edilməsində dəstəkləməsinə mane olmayacaq.
Gülayə Mecid