"Azərbaycan Ordusu Ermənistanın suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı hər hansı addımına qətiyyətlə cavab verməyə hər an hazırdır".

"Unikal" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov deyib.

O bildirib ki, Azərbaycan Ordusu ermənilərin keçilməz saydıqları “Ohanyan səddi”ni aşaraq torpaqlarımızı işğaldan azad edib:

"Azərbaycan torpaqlarını azad etməklə Ermənistanın hərbi cinayətlərinə cavab verdi. 44 günlük Vətən müharibəsindən sonra da Ermənistanın təxribatlarına layiqli cavab verilib. Ərazilərimizdə yaşayan ermənilər də əgər Azərbaycan dövlətinin vətəndaşlığını qəbul edib, yaşamaq istəyirlərsə, bundan sonra hər hansı təxribat törətməsinlər, bizi əsəbiləşdirməsinlər. Əgər belə hal olacaqsa, Azərbaycan Ordusunun qətiyyətli reaksiyasını görəcəklər”.

Laçın və Kəlbəcərdə 44 günlük Vətən Mmharibəsindən sonra yeni basdırılımış minaların aşkarlandığını qeyd edən E.Əbilov vurğulayıb ki, Fərrux və Edilli kəndlərində aşkarlanan kütləvi qəbiristanlıqlar Ermənistanın hərbi cinayələrini təsdiq edir:

“Yəqin ki, yeni kütləvi məzarlıqlar da aşkarlanacaq. Birinci Qarabağ müharibəsində 4 minə qədər vətəndaşımız itkin düşüb”.