Şəkidə baş verən qəza zamanı xəsarət alanların kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, “Ford” markalı yük avtomobili ilə “Mercedes Vito”nun toqquşması nəticəsində, Balakən rayon sakinləri, "Vito"nun sürücüsü 1986-cı il təvəllüdlü Gündüzzadə Asif, sərnişinlər 1992-ci il təvəllüdlü Əliyev Turqut, 2019-cu il təvəllüdlü Qədirzadə Kənan, 1961-ci il təvəllüdlü Eteri Ocaqverdiyeva, Şəki rayon sakinləri  "Ford" markalı avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Elşən Məmmədov və 2013-cü il təvəllüdlü Məmmədli Əli  xəsarət alaraq Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

DİN-nin mətbuat xidmətinin Şəki regional qrubundan verilən məlumata görə, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

***17:30

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.  

"Unikal"ın məlumtına görə, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində qeydə alınıb. 

Belə ki,  hərəkətdə olan “Ford” markalı yük avtomobili “Mercedes Vito” ilə toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

Seymur Əli