Goranboyda 17 yaşlı yeniyetmə oğlanı avtomobil vurub.
"Unikal"ın məlumatına görə, hadisə Şəfəq kəndində qeydə alınıb.
Belə ki, minik maşını yolu keçmək istəyən 2008-ci il təvəllüdlü piyada Orucov Ramin Aslan oğlunu vurub. Əl və qollarından sınıq xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb.
Daha sonra o, Gəncə klinikalarından birinə köçürülüb.
Faktla bağlı araşdırma aparıllr.
Ehtiram Muradov