"Ukraynada xüsusi hərbi əməliyyat keçirməyə yanaşmalar dəyişib".
"Unikal" xəbər verir ki, bunun Krımın rəhbəri Sergey Aksyonov deyib.
Aksyonov qeyd edib ki, xüsusi əməliyyatın ilk günündən Ukraynada infrastrukturun məhv edilməsinin tərəfdarı olub. Onun sözlərinə görə, bu cür tədbirlər gündəlik həyata keçirilsəydi, may ayında "Kiyev rejimi məğlub olacaqdı".
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Gülayə Mecid