“Bütün tibb heyətinə, o cümlədən Türkiyə Səhiyyə Nazirliyinə səhhətimin normallaşmasında göstərdiyi xidmətlərinə təşəkkür edirəm”.
"Unikal" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olarkən yol qəzasına düşmüş Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım xəstəxanadan evə buraxılarkən jurnalistlərə açıqlamasında deyib.
"Qəzadan sonra ağır əməliyyatlar keçirdim. Həmçinin körpücük sümüyüm zədələnib. Müalicəmizin davam etməsində xeyli insanın zəhməti var. Qəzadan dərhal sonra Azərbaycana gələn ailəmə xüsusilə minnətdaram”.
B.Yıldırım söyləyib ki, bundan sonra müalicə ev şəraitində davam edəcək.