Braziliyanın Santa Katarina əyalətində hava şarı səmada alovlanıb, sonra yerə çırpılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində azı 8 nəfər ölüb, iki nəfər isə xilas edilib.

Məlumata görə, hava şarında ümumilikdə 22 nəfər olub.

Əyalət qubernatoru Yorqinyo Mello sosial media hesabında xilasetmə qruplarının qəzadan dərhal sonra hərəkətə keçdiyini və ən azı 8 nəfərin öldüyünü, iki nəfərin isə xilas edildiyini bildirib.